Mahir Emreli bu kluba keçə bilərbackend

Mahir Emreli bu kluba keçə bilər

Almaniyanın “Nürnberq” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanan Cənubi Koreya klubu müəyyənləşib.

KONKRET.az Report-a istbinadən xəbər verir ki, “Seul” 27 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

Daha əvvəl də azərbaycanlı forvarda təklif irəli sürən K Liqa 1 təmsilçisi Emrelini razı salmaq üçün Nürnberq şəhərinə nümayəndə də göndərib.

“Seul” oyunçunu razı sala bilsə, II Bundesliqa klubuna müəyyən məbləğ ödəməli olacaq. Cənubi Koreyada transfer dönəmi martın 22-də başa çatacaq.

Qeyd edək ki, Mahir Emreli ötən yay “Nürnberq”ə keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*