Millimizin futbolçusu Mahir Emreli Almaniya Bundesliqasında çıxış edən “Sankt Pauli” klubu ilə danışıqları yekunlaşdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, hücumçu özü də Almaniyada qalmaq istədiyindən və “Sankt Pauli” klubu Bundesliqada qalmağı rəsmiləşdirdiyindən tərəflər arasındakı danışıq müsbət yekunlaşıb.
Qeyd edək ki, Mahir Emreli “Nürnberq” forması ilə çıxdığı 24 oyunda 8 qol, 1 məhsuldar ötürmə edib.