Fələstin dövlət başçısı Mahmud Abbas 11 il sonra İsrailə səfər edib.
KONKRET.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, o, İsrailin müdafiə naziri Benni Qantzlə görüşüb.
Tərəflər arasında 2,5 saat çəkən müzakirələrdə əsasən təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin təmin edilməsi, terror və zorakılığın qarşısının alınmasında ortaq maraqlar diqqətə alınıb.
M.Abbası səfəri zamanı Fələstinin Mülki İşlər İdarəsinin İsraillə əlaqələrə cavabdeh olan nazir Hüseyn əl-Şeyx və Fələstin kəşfiyyatının rəhbəri Məcid Fərəc müşayiət edib.