Makron İrana görə təcili iclas çağırırbackend

Makron İrana görə təcili iclas çağırır

Emmanuel Makron ABŞ-ın İrana son zərbələri ilə əlaqədar Fransanın milli təhlükəsizlik və müdafiə şurasının iclasını çağıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.

İclasın bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcəyi bildirilib.

Makronun Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Oman sultanı Heysəm bin Tariq bin Teymur əs-Səidlə telefon danışığı apardığı qeyd olunub.

Qeyd edək ki, bu gün ABŞ Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*