“Makron özünü alçaltdı və…” – SENSASİON AÇIQLAMAbackend

"Makron özünü alçaltdı və..." - SENSASİON AÇIQLAMA

Makron və Ərdoğan arasında maraqlı əl sıxma anı gündəm oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammitində Fransa Prezidenti Emmanuel Makronla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında diqqət çəkən əl sıxma anı yaşanıb.

KONKRET.az xəbər verir ki, görüntülərdə Makron masa arxasında əyləşən Ərdoğana yaxınlaşaraq salamlaşır və əlini onun əlinin üstünə qoyur. Ərdoğan əvvəlcə əlini çəkir, sonra isə Makronun iki barmağını tutaraq on saniyəyə yaxın saxlayır – bu zaman Türkiyə liderinin sakitcə gülümsəməsi diqqətdən yayınmır.

Qısa dialoq tərcüməçi vasitəsilə aparıldıqdan sonra Ərdoğan Makronun əlini sığallayıb və Fransa prezidenti arxaya çəkilib.

Hadisəni izləyən “Patriotlar” Partiyasının lideri Florian Filippo “Makron ağıllı görünmək istədi, amma nəticə əksinə oldu” şərhini verərək, bu anı alçaldıcı kimi qiymətləndirib.

Bu qeyri-rəsmi jestlər sammitin rəsmi gündəliyindən kənar anların da böyük rezonans doğura bildiyini bir daha göstərdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*