Fransa prezidenti Emmanuel Makron sentyabrın 21-də, ölkənin Müstəqillik Günündə Ermənistana səfər edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti Fransanın erməni icmasındakı mənbələrə istinadən yazıb.
Nəşr yazıb ki, səfərin məqsədi Ermənistanın suverenliyinə dəstək nümayişidir.
Xatırladaq ki, hələ 2021-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa lideri ilə danışıqlardan sonra həmin il sentyabrın 21-də onu İrəvanda gözlədiyini bildirmiş, lakin səfər baş tutmamışdı.
Fransa prezidenti sonuncu dəfə Ermənistana 2018-ci ilin oktyabrında səfər edib və Frankofoniya sammitində iştirak edib.
Natiq Səlim,
KONKRET.az