Fransa prezidenti Emmanuel Makron solçu “Yeni Xalq Cəbhəsi” alyansının respublikanın baş naziri postuna təklif etdiyi Lüsi Kastetsin namizədliyini rədd edib.
KONKRET.az xəbər verir ki, bu barədə Yelisey sarayının kommünikesində deyilir.
Məsləhətləşmələrdən sonra prezident bəyan edib ki, “Yeni Xalq Cəbhəsi”nin yeganə proqramına əsaslanan hökumət dərhal digər parlament partiyaları tərəfindən etimadsızlıq səsverməsinə məruz qalacaq və nəticədə hökumətin səlahiyyəti olmayacaq.
Sənəddə qeyd olunur ki, avqustun 27-də partiya nümayəndələri və dövlət qulluğunda fərqlənmiş təcrübəli siyasətçilər ilə məsləhətləşmələrin yeni mərhələsi başlayacaq.
Xatırladaq ki, iyulun 23-də sol alyans Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə iqtisadçı Lüsi Kastetsin namizədliyini irəli sürmüşdü.
İlkanə Şəvəqqət,
KONKRET.az