Makron və Paşinyan Parisdə görüşdülər – Nələr müzakirə edilib?backend

Makron və Paşinyan Parisdə görüşdülər - Nələr müzakirə edilib?

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla Parisdə görüşüb. Görüş zamanı tərəflər Brüsseldə keçirilmiş son müzakirələrin nəticələrini və regional əhəmiyyət daşıyan məsələləri müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, görüş barədə məlumat Ermənistan hökuməti tərəfindən yayılıb. Paşinyan bu görüşdən əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurası sədrliyinə namizəd Antoniu Koşta ilə Brüsseldə üçtərəfli formatda görüş keçirib.

Makronla Parisdə baş tutan görüşdə Paşinyan Fransa prezidentini ölkənin milli bayramı münasibətilə təbrik edib. Öz növbəsində, Makron Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına sadiqliyini ifadə edib.

“Biz Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülhün bərqərar olunması üçün səyləri müzakirə etdik. Bu vacib prosesdə göstərdiyi davamlı dəstəyə görə Fransaya təşəkkür edirəm”, – deyə Paşinyan X sosial şəbəkəsində bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*