İran Prezidenti Məsud Pezeşkian və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, söhbət zamanı Pezeşkian bildirib ki, İran dialoqa hazırdır, lakin təcavüz davam edərsə, ölkəsinin cavabı daha dağıdıcı olacaq.
“Biz sülhməramlı nüvə fəaliyyəti sahəsində etimadın möhkəmləndirilməsi məqsədilə dialoq və əməkdaşlığa hazırıq, lakin nüvə fəaliyyətinin sıfıra endirilməsi fikrini qəti şəkildə qəbul etmirik”, – deyə İran prezidenti vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron isə cavabında qeyd edib ki, Paris İrana qarşı zərbələrin əleyhinədir və Fransa bütün səylərini hərbi münaqişələrin dayandırılmasına və gərginliyin azaldılmasına yönəldib.
Natiq Səlim,
KONKRET.az