Makrondan İsrailə xəbərdarlıq: “İrana zərbələri dayandırın” – Hədəflər nüvə ilə bağlı deyilbackend

Makrondan İsrailə xəbərdarlıq: "İrana zərbələri dayandırın" – Hədəflər nüvə ilə bağlı deyil

Fransa Prezidenti Emmanuel Makron İsrailə İran ərazisinə qarşı hərbi əməliyyatları dayandırmaq çağırışı edib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Yelisey Sarayının Fransa Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra yaydığı rəsmi bəyanatda yer alıb.

Bəyanatda qeyd olunur ki, İsrailin son hava zərbələri artıq İranın nüvə və ya raket proqramı ilə birbaşa əlaqəsi olmayan obyektləri hədəfə alır. Fransa bu vəziyyəti narahatlıq doğuracaq bir gedişat kimi qiymətləndirir və hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayır.

Makronun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurası həmçinin vəziyyətin daha da gərginləşməməsi üçün diplomatik səylərin artırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, İsrailin hücumları əsasən İranda hərbi və strateji obyektlərə yönəlib. Lakin artıq neçə gündür ki, böyük şəhərlərdəki dinc əhalinin yaşadığı məlanlar da bombalanır.

O cümlədən, İran Dövlət Televiziyasının bombalanması beynəlxalq aləmdə ciddi etirazla qarşılanıb.

Beynəlxalq hüquqa görə, televiziya, yaxud da istənilən media ofislərinin bilərəkdən vurulması müharibə cinayəti sayılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*