Makrondan SENSASİON AÇIQLAMA: “Rusiya ilə təmasların bərpası üçün…”backend

Makrondan SENSASİON AÇIQLAMA: "Rusiya ilə təmasların bərpası üçün..."

Makron: Aİ ölkələri Rusiya ilə təmasların bərpası üçün şərtləri müəyyən etməlidir.

KONKRET.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı ölkələrini Rusiya ilə münasibətlərin gələcəyi barədə artıq indidən düşünməyə çağırıb.

Makronun sözlərinə görə, Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Moskva ilə kəsilən əlaqələrin hansı şərtlərlə bərpa edilə biləcəyinə dair aydın mövqe formalaşdırmaq lazımdır.

“Biz Qara dənizdən Arktikaya qədər uzanan ərazilərdə təhlükəsizlik arxitekturasını yenidən düşünməliyik. Özümüzü hansı səviyyədə müdafiə etməyə hazırıq və silahlanmanın məhdudlaşdırılması, etimadın bərpası ilə bağlı Rusiya ilə hansı şərtlər altında dialoq aparmağa razıyıq – bütün bunlar üzərində artıq indidən düşünmək lazımdır”, – deyə Makron bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*