Makrondan Ukrayna ilə bağlı 1.5 milyardlıq QƏRAR backend

Makrondan Ukrayna ilə bağlı 1.5 milyardlıq QƏRAR 

Fransa Ukraynaya silahların alınması və birgə hərbi istehsalın başlanması üçün 1,5 milyard avro maliyyə zəmanəti verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Fransua Bayrunun ofisinin rəsmi kommünikesində deyilir.

“Fransa, Fransanın müdafiə şirkətlərini fəal şəkildə cəlb etmək və hər iki ölkənin istehsal və texnoloji potensialının gücləndirilməsində uzunmüddətli tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Ukrayna üçün 1,5 milyard avroya qədər maliyyə zəmanətləri paketi formalaşdıracaq”, – sənəddə vurğulanır.

Bundan əlavə, Fransa 2026-cı ildən Ukraynada kritik infrastrukturun bərpasına dəstək üçün xüsusi fond yaratmaq niyyətini açıqlayıb.

“200 milyon avroluq yeni fond dövlət vəsaitlərini, özəl şirkətlərin birgə maliyyələşdirməsini və beynəlxalq donorların dəstəyini birləşdirəcək”, – məlumatda deyilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*