İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişini qadağan edən qanun qüvvəyə minib.
KONKRET.az xəbər verir ki, Maldiv adalarının prezidenti Muhammed Muizzu Facebook hesabında məsələ ilə bağlı açıqlama verib.
Muizzu, bu addımın ölkənin İsrailin Fələstində davam edən zülmünə qarşı mövqeyini göstərdiyini vurğulayıb. Maldiv adalarının Fələstin xalqı ilə həmrəy olduğunu diqqətə çatdırıb.
Aynurə İsmayıl
KONKRET.az