“Yolda oxudum ki, Paşinyan 1993-2023-cü illərdə insan haqlarının pozulması ilə bağlı faktaraşdırıcı qrup yaradıb. Eyni fikri təkrar edirəm ki, cinayətkarlar araşdırma apara bilməz”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərlə söhbətində deyib.
“Əgər o komissiya həqiqətən də insan haqlarına, o cümlədən Paşinyan rejiminə qarşı törədilən cinayətləri işıqlandırmaq istəyirsə, Aşotyanın işi buna bir nümunədir və bir çox beynəlxalq təşkilatlar tərəfindən bu fakt sənədləşdirilib. Həmin faktaraşdırıcı komissiyanın çox işi var. Təbii ki, bu, zarafatdır, çünki bu gün heç bir komitədən gözləntim yoxdur. İstənilən məhkəmə prosesindən belə bir gözləntim var ki, insanlar nəhayət Paşinyanın əlində alət olmaqdan əl çəkəcək və öz vicdanlarının diktəsi ilə hərəkət edəcəklər”.
“İndi gördüyümüz hər şey xarici siyasət deyil. “Velosipedi olmayan” uşağın davranışıdır. Və o velosipedin olmaması sindromunu həm uydurma cinayətlərlə müxalifətə, həm xarici siyasətə, həm də komanda yoldaşlarına proyeksiya etməyə çalışır. Hər şeydə o velosiped günahkardır”, – deyə Mamicanyan bildirib.
Natiq Səlim,
KONKRET.az