“Manaf Ağayev polis nəzarətindədir, cəzası…” – DİN-dən AÇIQLAMAbackend

"Manaf Ağayev polis nəzarətindədir, cəzası..." - DİN-dən AÇIQLAMA

Müğənni Manaf Ağayev azad olunmuş torpaqlara icazəsiz və qanunsuz yollarla getdiyi üçün polis nəzarətində saxlanılır.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov məlumat verib:

“Manaf Ağayev hazırda polis nəzarətindədir. Onun cəzasına gəlincə, məhkəmədən sonra bu haqda məlumat veriləcək”.

Qeyd edək ki, Manaf Ağayevin işğaldan azad edilmiş torpaqlara biznesmen Nizami Hüseynovun 10-AA-307 dövlət nömrə nişanlı maşını ilə getdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*