Ən qədim türk dastanlarından biri olan “Manas” 500 min 553 misra ilə dünyanın ən uzun dastanıdır. Epos türk mifologiyasının və çöl mədəniyyətinin dərin izlərini daşıyır.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, Dünya Köçəri Oyunları çərçivəsində təşkil olunan “Manas həftəsi” dünya rekorduna imza atıb.
Belə ki, Qırğızıstanlı manasçı Rısbai İsakov 6 gün ərzində 124 saat Manas oxuyaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
“Manas” dastanı qırğız xalqının ən qiymətli sərvətlərindən biridir. Mən özümlə fəxr edirəm və bu rekorda görə çox xoşbəxtəm. “Manas” dastanı çox uzun dastandır və mən 124 saat ərzində onun cəmi dörddə birini oxumuşam”, – İsakov deyib.
İsakov çıxışını türk dünyasına və Türkiyəyə mesajla bitirib:
“Türk dünyası kainata böyük imperiyalar gətirdi. Bəşəriyyətin inkişafında böyük kəşflər edən türklərdir. Türkiyə dünyanın mərkəzi və bu kainatın paytaxtıdır”.
Qeyd edək ki, manasçılar qopuz çalıb xalq mahnıları oxumaqla dastan danışan, epik qəhrəmanları əl-qol və baş hərəkətləri, səs tonları ilə canlandıran sənətkarlardır.
Dünya Göçebe Oyunları kapsamında düzenlediğimiz Manas Haftası, bir dünya rekoruna sahne oldu. Kırgız Manasçı Rısbai İsakov, 6 gün boyunca 124 saatlik Manas okuyarak Guinness’e girdi. 🪕@2022turkdunyasi#Bursa #Manas #Kırgız #Guinness #Rekor pic.twitter.com/EGJwLlln7k
— Bursa Büyükşehir Belediyesi (@bursabuyuksehir) September 29, 2022
İqbal Rzayev,
KONKRET.az