Manatla bağlı VACİB PROQNOZ: “Hələ uzun müddət…”backend

Manatla bağlı VACİB PROQNOZ: "Hələ uzun müddət..."

“Azərbaycanın valyuta siyasətində sabit məzənnə rejiminin saxlanılması hələ uzun müddət davam edəcək.”

Bu fikri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib.

Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA | KONKRET

Ekspertin sözlərinə görə, Azərbaycan tipli iqtisadiyyatlar üçün hazırkı sabit məzənnə rejimi ən uyğun variantdır:

“Hökumət bu siyasəti qorumaq üçün müəyyən ehtiyatlardan istifadə edir, bazara əlavə vəsait çıxarılır ki, manatın dollara qarşı dəyəri sabit qalsın. Artıq 10 ilə yaxındır ki, bu kurs qorunur və ölkənin valyuta siyasətində özünü göstərir. Hazırkı vəziyyətdə iqtisadi risklərdən qorunmaq üçün sabit məzənnə rejiminin saxlanılması daha məqsədəuyğundur”.

Asif İbrahimov qeyd edib ki, üzən məzənnə rejimi daha çox ixrac yönümlü və güclü iqtisadiyyata malik ölkələrdə tətbiq edilir:

“Bu rejim inflyasiyanın artmasına səbəb ola bilər. Çünki Azərbaycan iqtisadiyyatı hələ də idxaldan asılıdır və xarici valyutada olan məhsulların ölkəyə gətirilməsi qiymət artımlarına yol aça bilər. Bu isə bazarda narahatlıq və vətəndaşlar arasında panika yaradar”.

Mütəxəssis hesab edir ki, sərbəst məzənnəyə keçid üçün Azərbaycan daha güclü ixrac potensialına malik olmalıdır.

“Düşünürəm ki, hökumət 2029-2030-cu illərə qədər valyuta siyasətində sabit məzənnə rejimini qoruyub saxlayacaq”, – deyə o, vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*