Manukyan: “Ermənistanın intiqam planı tarixin arxivinə veriləcək”backend

Manukyan: "Ermənistanın intiqam planı tarixin arxivinə veriləcək"

Azərbaycanla Ermənistanın birgə bəyanatından sonra Ermənistan parlamentinin müxalifətdən olan bir qrup deputatı ötən həftə Ermənistanın Xarici İşlər Nazirliyinə dəvət edilərək sülh müqaviləsi ilə bağlı təkliflərlə tanış olublar.

KONKRET.az xəbər verir ki, müxalifətçi deputatlara sülh müqaviləsinin bəzi detallarıyla tanış olmağa imkan verilib.

“Ermənistan” fraksiyasının üzvü Geqam Manukyan bildirib ki, tam məxfi saxlanılan sənədlərdə yazılan bəzi məqamlarla tanış olublar. Ermənistan mətbuatı yazır ki, müxalifətçilərə sülh müqaviləsinin mətni yox, tərəflərin bir-birinə qarşı irəli sürdüyü tələblər təqdim olunub. Belə çıxır ki, ən əsas məsələlərdə konsensus əldə olunmayıb.

Manukyan qeyd edib ki, sənədlərdə Azərbaycanın tələbinə Ermənistan tərəfinin yalnız razılığı ifadə olunub. Müxalifət deputatları qeyd ediblər ki, Azərbaycan Ermənistandan 86,6 min kv/ km ərazinin rəsmi şəkildə tanınmasını tələb edir. Erməni deputatların fikirincə, bu, baş versə Ermənistanın “intiqam” planı tarixin arxivinə veriləcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*