MAQATE-nin ekspert qrupu Tehrana gəldibackend

MAQATE-nin ekspert qrupu Tehrana gəldi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) beş nümayəndəsindən ibarət ekspertlər qrupu İranın üç obyektində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyinə dair araşdırma aparmaq üçün Tehrana  gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi ilə danışıqlar aparacaq.

Təşkilatın nümayəndəsinin sözlərinə görə, səfər zamanı tərəflər İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) nəzərdə tutulan öhdəliklərini yerinə yetirməsi məsələlərini müzakirə edəcək.

Dekabrın 14-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, MAQATE nümayəndələri yaxın vaxtlarda Tehrana səfər edəcəklər.

Qeyd edək ki, MAQATE-nin baş direktoru Rafael Qrossi noyabrın 10-da Vyanada İran tərəfi ilə danışıqların heç bir nəticə vermədiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*