Mariana Vasileva vəzifəsinə geri dönüb?backend

Mariana Vasileva vəzifəsinə geri dönüb?

Bu ilin yanvar ayında vəzifəsindən uzaqlaşdırılan gənclər və idman nazirinin müavini Mariana Vasilevanın hazırda fəaliyyətini davam etdirdiyi bildirilir.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Vasileva vəzifəsindən kənarlaşdırılsa da, Nazirliyin inzibati binasında tez-tez görüntülənir, müvafiq tapşırıqlar verir.

Mairana Vasilevanın bu günlərdə Nazirlikdə ad gününü qeyd etməsi barədə görüntülər də yayılıb.

Yayılan məlumatların doğru olub-olmadığını aydınlaşdırmaq üçün Gənclər və İdman Nazirliyinə sorğu ünvanlasaq da, iki gün keçməsinə baxmayaraq heç bir mövqe bildirilməyib.

Xatırlatma: M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilsə də, 2025-ci ilin yanvarında vəzifəsindən azad olunub. Nazir Fərid Qayıbov isə işdən çıxarıldığı gün Vasileva ilə selfisini paylaşdığı üçün ciddi tənqid edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*