“Ermənistan-Azərbaycan nizamlanması problemi aktual olaraq qalır. Burada iki məqam var”.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə rusiyalı politoloq Sergey Markedonov yazıb.
“Bir tərəfdən ABŞ və onun avropalı müttəfiqləri sülh prosesinin əsas moderatoru və sponsorunun yerini tutmağa çalışırlar. Onlar Moskvanın oxşar istəklərini görmürlər, lakin faktiki olaraq Kremlin iştirakını minimuma endirməyə çalışırlar. Digər tərəfdən, Ermənistan-Rusiya münasibətləri düzgün məcra ilə getmir. Qarabağın itirilməsinin şoku hələ də Ermənistanda ictimai əhval-ruhiyyəni müəyyən edən mühüm amildir.
“Əlbəttə, Azərbaycana səfərimdən sonra baş nazir Nikol Paşinyanla əlaqə saxlayıb, danışıqlarımızın nəticələri barədə ona məlumat verəcəyəm”, – Rusiya prezidenti İlham Əliyevlə söhbəti zamanı deyib.
Moskvanın həm Bakı, həm də İrəvanla konstruktiv münasibətlər saxlayan vasitəçi statusunu itirməməsi son dərəcə vacibdir. Baxmayaraq ki, hər gün bu problemin həlli müxtəlif səbəblərdən çətinləşir”, – Markedonov fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az