“Brüsseldə Ermənistan-Aİ-ABŞ görüşündə Ermənistan üçün ən vacib məsələ – təhlükəsizlik sualı öz cavabını tapmayıb.
KONKRET.az xəbər verir ki, bunu SputnikLive-ə müsahibəsində MDBMİ-nin aparıcı elmi işçisi Sergey Markedonov deyib.
“Görürsünüz, dəyərlər gözəl şeydir, amma sərhədlər məsələsi həll olunmayanda, ümumiyyətlə Ermənistanın kimliyi ilə bağlı sual yarananda yox”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, Brüsseldə ideoloji xarakterli ümumi formullar səsləndirilib, lakin sərhədlərin necə bölünəcəyi, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesini kimin və necə həyata keçirəcəyi, işğalın qarşısının alınmasında kimin iştirak edəcəyi heç vaxt deyilməyib. Markedonov vurğulayıb ki, təhlükəsizlik provayderi ilə bağlı konkret məlumatlar heç vaxt açıqlanmayıb.
“Bir təhlükəsizlik provayderindən digərinə keçirsiniz? Əla, bu, sizin suveren seçiminizdir, amma sual yaranır: bu, nə dərəcədə effektivdir”, – deyə o bildirib.
Ekspert hesab edir ki, Ermənistan rəhbərliyi mövcud sistemləri məhv etməklə yanaşı, öz təhlükəsizliyinə təhdid və riskləri minimuma endirməyə çalışır. Ancaq yenilərini qura bilmirlər. Sergey Markedonov vurğulayıb ki, əvvəlki hakimiyyətlər də Avropa ilə əlaqələr qurublar, lakin bunu nəyinsə əvəzinə yox, Rusiya ilə əməkdaşlıqla paralel ediblər.
Natiq Səlim,
KONKRET.az
Bizim jurnalistler azerbaycanla bagli olan xeberleri rusiyadan mi alir?!…her isiniz beledir..rus ne deyir, cavab bas uste….