Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladıbackend

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Şənbə günü ABŞ-ın Miçiqan şəhərində marketdə naməlum şəxsin bıçaqla hücumu nəticəsində azı 11 nəfər xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Ştat polisi şübhəlinin saxlanıldığını açıqlayıb.

“Şübhəli şəxs həbsdədir. Hadisənin təfərrüatları barədə məlumat hələ də məhduddur”, – açıqlamada deyilir.

Polis hadisə ilə bağlı araşdırma aparır. Hücumun motivləri və qurbanların səhhəti barədə hələlik məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*