Marketin damı qaz xəttinin üstünə aşdı, 600 abonent qazsız qaldıbackend

Marketin damı qaz xəttinin üstünə aşdı - 600 abonent qazsız qaldı

Bu gün Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur.

“Azəriqaz”dan KONKRET.az-a verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsi Sovxoz ərazisi deyilən yerdə, “Qardaşlar” marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb.

Müvəqqəti olaraq təbii hadisə səbəbindən 600 abonentin qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*