Markov: “Kiyev danışıqlara gəlməyəcək, çünki Zelenski girovdur”backend

Markov: "Kiyev danışıqlara gəlməyəcək, çünki Zelenski girovdur"

Ukraynadakı vəziyyətin nizamlanması istiqamətində danışıqlar aparmaq üçün Qomelə ezam olunmuş nümayəndə heyətimizə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya tərəfi Ukrayna nümayəndə heyətinin gəlişinin təhlükəsizliyi üçün bütün mümkün şəraitə zəmanət verib. “Danışıqlardan əvvəl ən önəmli məsələ insanların həyatıdır”, – deyə Medinski bildirib. Bizim tərəf saat 15.00-a qədər Kiyevdən cavab gözləyir. Və tərəflərin müzakirəsi üçün suallar əvvəlcədən onlarla razılaşdırılıb.

Amma Kiyevdən bir daha məlumat gəldi ki, Avropanın istənilən yerində – Varşavadan Budapeştə kimi istənilən yerdə görüşə bilərik. Ancaq Zelenskinin dediyi kimi, lakin “raketlərin uçduğu ölkədə deyil”.

Məsələnin şərhi üçün “Kp.ru” tanınmış politoloq Sergey Markova müraciət edib.

– Ukrayna parlamentarilərindən ibarət nümayəndə heyəti gələcəkmi?

– Əlbəttə, gəlməyəcək. Razılaşılmayan çox şey var. Nə görüş yeri olan şəhər, nə də ki, mövzular.  Hər halda Kiyev belə deyir. Söhbət Kiyev rejiminin Minskdə və ya Qomeldə görüşmək istəməməsindən getmir – bu, sadəcə olaraq. Onlar fiziki cəhətdən buna hazır deyil.

– Nə kimi fikriniz var?

– Zelenski ABŞ kəşfiyyat orqanlarının girovluğundadır. İnanıram ki, ailəsi də.

– Onda Zelenskidən heç bir müstəqil bəyanat gözləmək lazım deyil?

– Əlbəttə yox.

– Bəs onda rəsmi Kiyevdən kim Moskva ilə danışıqlarda Ukrayna tərəfini təmsil edə bilər?

– Hazırda heç kim. Bununla belə, biz bu cür danışıqlara hazır olduğumuzu nümayiş etdiririk. Yəni biz istənilən dialoqa açığıq.

– Biz məsələni sülh yolu ilə həll etmək istəyirik, amma bizi eşitmək istəmirlər?

– Biz hər an hərbi əməliyyatları dayandırmağa hazırıq. Ukrayna ordusu Donbası atəşə tutmağı dayandırdıqdan sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Və eləcə də neo-nasist birləşmələrinin əsl tərki-silahından sonra… Bu, bölmələrimizin hərbi əməliyyatlarını dayandırmaq üçün mütləq şərtdir. Amma biz istərdik ki, bu neo-nasist birləşmələri Ukrayna Silahlı Qüvvələrinin qüvvələri tərəfindən tərksilah edilsin.

– Yəni, ukraynalılar özləri bu məsələni həll etməlidilər – Ali Baş Komandan Zelenskinin göstərişi olmadan?

– Onunla və ya onsuz, fərq etməz. Bu kim olacaq – Ukrayna Silahlı Qüvvələrinin generalları? Bu mümkün deyil. Onların əksəriyyəti hərbi cinayətlərlə bağlıdır. Amma Ukrayna Silahlı Qüvvələrinin hərbi rəhbərliyinin müəyyən hissəsi bu məsuliyyəti öz üzərinə götürə bilər. Və bu məsələ həll olunana qədər bizim danışıqlara doğru addım atmağımız geniş bir xoşməramlı jestdir.

“Komsomolskaya pravda”, 27 fevral 2022-ci il.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

  • Garachanta
    Aprel 13, 2022 - 08:01

    Siz bu rus faşistlərinin fikirlərini millətimizə sırımaq istəyirsiniz, KONKRET….şərəfli olun

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*