Marqarita Simonyanın telekanalı Rusiya kəşfiyyatına çalışır?backend

Marqarita Simonyanın telekanalı Rusiya kəşfiyyatına çalışır?

ABŞ hakimiyyəti tezliklə RT telekanalını Rusiya kəşfiyyatı ilə əlaqədə ittiham edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı Co Bayden administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yayıb.

“Dövlət Departamenti RT-nin bütün dünyada Rusiya kəşfiyyatına tam inteqrasiya olunduğunu sübut edən ABŞ kəşfiyyatının məxfi məlumatını açıqlayacaq və ölkələrə RT-nin fəaliyyəti ilə bağlı risklər barədə məlumat vermək üçün diplomatik kampaniyaya başlayacaq”, – deyə mənbə qeyd edib.

Xatırladaq ki, RT telekanalının baş redaktoru milliyyətcə erməni olan Marqarita Simonyandır. Paşinyan hakimiyyəti onun Ermənistana girişinə qadağa qoyub.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*