Masallıda 5 yaşlı uşaq ağır xəsarətlər aldıbackend

Masallıda 5 yaşlı uşaq ağır xəsarətlər aldı  

Masallı rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Fatimə Şəhriyar qızı Kərimovanı vurub.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*