Naftalanda bədbəxt hadisə baş verib.
KONKRET.az-ın məlumatına görə, Naftalan şəhər sakini 1963-cü il təvəllüdlü Nazir İsmayılov binanın balkonundan yıxılıb.
O, başından aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.