Masallıda yük və minik avtomobilləri toqquşdu: Ölənlər və yaralananlar varbackend

Masallıda yük və minik avtomobilləri toqquşdu: Ölənlər və yaralananlar var

Masallı rayonunda iki nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “KamAZ” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*