Maşın ağaca çırpıldı – Ölənlər varbackend

Maşın ağaca çırpıldı - Ölənlər var

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə yolun Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə Şəmkir rayon Dəllər Cəyir kənd sakinləri – Çobanlı Kənan Xəqani oğlu və Məmmədli Süleyman Cəbrayıl oğlu aldığı xəsarətlərdən dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*