“Maşına öz istəyimlə minmişəm” – Paşinyanın oğlu təfərrüatları AÇIQLADIbackend

"Maşına öz istəyimlə minmişəm" - Paşinyanın oğlu təfərrüatları AÇIQLADI

“Mən öz istəyimlə Qayane xanımın maşınına mindim. Mənim oğurluğum maşından düşmək istədiyim andan başladı. O, buna icazə vermədi”.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bunu iyunun 5-də jurnalistlərə müsahibəsində Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyan deyib.

“Qayane xanım “Yerablur”a gedəcəyimizi mənə əvvəlcədən deməmişdi. Ona çox hörmətlə dedim ki, mənimlə hər kəs əlaqə saxlaya bilər. İstəyimdən asılı olmayaraq, niyə məni “Yerablur”a aparırsan? İndi səninlə ora getmək istəmirəm, çünki fikrimi soruşmadan məni aparırsan”, – o deyib.

Aşot Paşinyanın sözlərinə görə, bütün belə hallara qanun çərçivəsində baxılmalıdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*