Maşına zorla mindirib apardı, dostları ilə birlikdə döydü: 3 qazi…backend

Maşına zorla mindirib apardı, dostları ilə birlikdə döydü: 3 qazi...

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

KONKRET.az xəbər verir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları – 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar.

Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*