Xəbər verdiyimiz kimi, Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
KONKRET.az xəbər verir ki, qəza nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsünün Oxu.az-a verdiyi məlumata görə, onun maşınını vuran 90-OJ-071 dövlət nömrə nişanlı “Hunda Azera” markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar.
“Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar”, – sürücü bildirib.
***
Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Qəzanın baş verdiyi məkandan görüntü paylaşan ictimai fəal bildirib ki, avtomobil kirayə götürülüb və yüksək sürətlə idarə edilib. Belə ki, maşın əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.
Faktla bağlı müvafiq polis şöbəsində araşdırma aparılır.