Amerikalı milyarder, tviterin rəhbəri İlon Mask instaqram sosial şəbəkəsində fotolara baxmağın insanları depressiyaya saldığını deyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
“İnstaqram insanları depressiyaya salır, tviter isə onları qəzəbləndirir. Hansı daha yaxşıdır?”, – Mask bildirib.
Mask həmçinin deyib ki, şəxsən onun üçün tviterdə yazılanları oxumaq gülüş doğurur.
“İnstaqramın əsas çatışmazlığı “insanların həyatlarının əslində olduğundan daha yaxşı görünməsi”dir” , – o əlavə edib.