Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampla mübahisə etdikdən sonra telefon nömrəsini dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson New York Post-a müsahibəsində bildirib.
Consonun sözlərinə görə, o, Tramp və Mask arasında yaranan gərginliyi aradan qaldırmaq üçün onları barışdırmağa çalışıb. Lakin mübahisədən sonra Mask onun mesajlarına cavab verməyib və nömrəsini dəyişib. Spiker əlavə edib ki, bu təşəbbüsə Donald Trampın özü də qarşı çıxmayıb.
Mayk Conson qeyd edib ki, Maskla əlaqə qurmaq üçün sonradan üçüncü şəxsdən istifadə edib.
Aynurə İsmayıl
KONKRET.az