Maska taxmayan futbolçu cərimələndibackend

Maska taxmayan futbolçu cərimələndi

İspaniya “Real Madrid”inin futbolçusu Marselo 2 700 avro məbləğində cərimələnib.

KONKRET.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, buna braziliyalı müdafiəçinin karantin qaydalarını pozması səbəb olub.

33 yaşlı futbolçu instaqram səhifəsində Valensiya çimərliyində ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.

Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. İctimai yerlərdə maska taxmaq hər kəs üçün məcburidir. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*