“Mayın 9-da “Azadlıq” meydanında toplaşaq və Şuşanı, Hadrutu qaytaraq”.
KONKRET.az xəbər verir ki, bunu ehtiyatda olan erməni polkovnik Albert Bazeyan deyib. O, mayın 9-da Ermənistan vətəndaşlarını Azadlıq meydanına çağlrıb.
“Azadlıq meydanına gəlin. Biz bu gün mövcud olan vəziyyətə dözməyəcəyik. Dövlətimizin qarşısında duran daxili problemləri həll edəcəyik.
Ordumuzu gücləndirəcəyik və güclənəcəyik, Şuşa, Hadrut və vətənimizin düşmən tərəfindən “işğal olunmuş” digər ərazilərini geri qaytaracağıq”, – deyə Bazeyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az