ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla bildirib ki, İran rejimi istəsə, üç həftə ərzində 10 nüvə başlığı istehsal edə bilər.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, Konqresdə çıxışı zamanı Kurilla qeyd edib:
“İran hazırkı ehtiyat və sentrifuqalarla cəmi bir həftəyə silah dərəcəli 25 kiloqram material istehsal edə bilər. Üç həftəyə isə bu, on başlığa qədər çata bilər”.
General əlavə edib ki, Tehran nüvə silahı əldə etsə, bu, bölgədə silahlanma yarışını alovlandıra bilər. Digər ölkələr də nüvə silahını ya istehsal, ya da satınalma yolu ilə əldə etməyə çalışacaq.