Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi – İşi 10 manatlıq şirkət görəcəkbackend

Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi - İşi 10 manatlıq şirkət görəcək

Kənd Təsərrüfatı Nazirliyi EKTİS təkmilləşdirilməsi və yeni altmodulların yaradılması üzrə xidmətlərə 842 972 AZN sərf edəcək.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, xidməti “Digital Umbrella” MMC həyata keçirəcək.

Nazirlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, bu, birbaşa, tendersiz baş tutub.

Qeyd: Kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi isə Ulduzə Tofiq qızı Xəlilovadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*