Media ilə “gizlənpaç oynayanlar” – Özlərinin “dezinfeksiya”ya ehtiyacı var – MÖVQEbackend

Media ilə "gizlənpaç oynayanlar" - Özlərinin "dezinfeksiya"ya ehtiyacı var - MÖVQE

Sevinc Paşayeva

Əksər dövlət qurumlarının mətbuat xidmətlərinin yarıtmaz fəaliyyəti zamanla müzakirə olunan ciddi mövzulardandır. Sirr deyil ki, çoxunun öz işinə dırnaqarası yanaşması jurnalistlərə informasiya ötürücülüyündə böyük əngəllər yaradır. Mətbuat xidmətləri ilə əməkdaşlığın adekvat olmaması, həmçinin müxbirlərə qarşı etinasızlıq media ilə dövlət strukturları arasında birmənalı olaraq uçurum yaradır…

Çox uzatmadan, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ziyəddin Kazımov adlı sözçüsünün “fəaliyyəti”ndən, daha doğrusu, jurnalisti özünəməxsus şəkildə yola verməsindən danışaq. Müəllimin iş prinsipi “heyrətamizdir”. Suallardan yayınmaqda həmkarlarına təməlli “master klass” keçər. Deməli, əvvəl zənginə “indi vaxtım yoxdur” cavabını verir. Üç-dörd gün ərzindəki zəngləri açmır. Bir həftədən sonra da belə bir mükalimə:

Sualı ünvanlayırıq.

Soruşur:

– Siz niyə mənə zəng edirsiniz?

– İdarədən dedilər ki, mətbuata siz cavab verirsiniz.

– Kim dedi?

– Adını soruşmadıq. Əməkdaşlardan biri.

– Soruşun, görün, onu kim deyib, mən də deyim sizə kim cavab verməlidir, sağ olun…

Yenidən idarəylə əlaqə saxlayırıq. Bu dəfə də xanım əməkdaşa mətbuatla əlaqədar sualımız olduğunu deyirik və o da Ziyəddin Kazımovun 0(12) 422-52-86 əlaqə nömrəsini verir. Xanıma Kazımovun media ilə “alay etdiyini” deyirik. Onun da cavabı konkret olmur: “Bir neçə dəfə zəng edin, axırda danışacaq, narahat olmayın”.

Bu da ölkənin epidemioloji vəziyyətinə nəzarət edən əhəmiyyətli bir  qurumun media ilə “gizlənpaç  oyunu”… Özlərinin “dezinfeksiya” olunmağa ehtiyacı yoxdur, sizcə? Var! Hətta qurumun kökündən təmizlənməsi lap yerinə düşərdi!

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*