Media: İran Trampı aradan götürməyi planlaşdırırdıbackend

Media: İran Trampı aradan götürməyi planlaşdırırdı

ABŞ rəsmiləri İranın Trampa sui-qəsd planlaşdırdığı barədə məlumat alıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, bir neçə həftə əvvəl Amerika səlahiyyətliləri İranın ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd planlaşdırması barədə məlumat alıb.

Nəşr qeyd edir ki, Trampı güllələyən 20 yaşlı Tomas Metyu Kruksun sözügedən planla hər hansı əlaqəsi olduğuna dair heç bir işarə yoxdur.

Bu arada, sözügedən durum Ağ Evin keçmiş sahibi üçün Məxfi Xidmətin mühafizəsini artırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*