Medianın İnkişafı Agentliyində ATƏT-in nümayəndələri ilə görüş keçirildibackend

Medianın İnkişafı Agentliyində ATƏT-in nümayəndələri ilə görüş keçirildi

13 avqust 2024-cü il tarixində Medianın İnkişafı Agentliyində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və media analitiki Kira Kalinina ilə görüş keçirilib.

KONKRET.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media landşaftı, bu sahədə həyata keçirilən islahatların gedişatı, Agentliyin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb.

Görüş zamanı, həmçinin 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə medianin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*