Medinskinin “Qarabağ”la bağlı sözlərinə Moskva belə REAKSİYA VERDİbackend

Medinskinin "Qarabağ"la bağlı sözlərinə Moskva belə REAKSİYA VERDİ

Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır və Putinin müşaviri Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa çağırır.

KONKRET.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Mövcud olmayan tezisləri kontekstdən çıxarıb sözləri dəyişməyə, onlara tamam başqa məna verməyə ehtiyac yoxdur”, – diplomat qeyd edib.

O, Rusiyanın Qarabağı rəsmi olaraq Azərbaycanın ərazisi kimi tanıdığını vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Medinski Qarabağla bağlı şərhində vəziyyətin tarixi aspektindən və sosial-mədəni xüsusiyyətlərindən danışıb.

Xatırladaq ki, Vladimir Medinski RT-yə müsahibəsində “Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə – Qarabağ var idi” demişdi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi ona öz yurisdiksiyasına aid olmayan yalan bəyanatlar verməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*