Medvedev Kiyevlə danışıqları istisna etdi: “Tamamilə məğlub olanadək…”backend

Medvedev Kiyevlə danışıqları istisna etdi: "Tamamilə məğlub olanadək..."

“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra şərtlər dəyişib. Düşmən tamamilə məğlub olanadək heç bir danışıqlardan söhbət gedə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb.

Medvedevin fikrincə, bundan əvvəl Rusiyanın “danışıq tələsinə” düşməsi, yəni beynəlxalq ictimaiyyətin təklif etdiyi və “erkən lazımsız sülh danışıqlarına” cəlb olunmaq təhlükəsi var idi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, neonasistlər Kursk vilayətində terror aktı törətdikdən sonra hər şey öz axarına düşdü:

“Vasitəçilərin gözəl dünya mövzusunda boş söhbətlərinə son qoyuldu. İndi hər kəs hər şeyi başa düşür, hətta ucadan deməsələr də başa düşürlər ki, düşmən tamamilə məğlub olana qədər danışıqlar olmayacaq!”.

“The Washington Post” yazıb ki, avqust ayında Rusiya və Ukrayna nümayəndə heyətləri Dohada enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı gizli danışıqlar aparmağa hazırlaşırdılar, lakin bu planlar Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəkı əməliyyatından sonra pozulub.

Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, heç kim heç nəyi pozmayıb, çünki pozulacaq heç nə yox idi.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*