Rusiyanın müdafiə naziri Sergey Şoyqu çağırış yaşını 30-a qədər qaldırmaq istəyir.
KONKRET.az xəbər verir ki, bununla əlaqədar olaraq “The Insider” araşdırma layihəsinin rusiyalı jurnalisti Sergey Yejov RF Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevdən oğlu 27 yaşlı İlya Medvedevin müharibəyə gedib-getməyəcəyini soruşub.
“Çağırış yaşı, Şoyqunun dediyi kimi, 30-a çatdırılsa, İlya Dmitriyeviç Medvedev adlı “Vahid Rusiya” partiyasının vəsiqəsinə malik olan bu vətənpərvər vətəndaşın hələ də vətəninə xidmət etmək və ilk gündən müqavilə imzalamaq şansı var. Hərbi komissarlığa ilk gedən o olacaq, elə deyilmi, Dmitri Medvedev?” – deyə Yejov özünün “Twitter” hesabında sual edib.