Medvedyev: “Ukraynada NATO sülhməramlılarına qətiyyən icazə yoxdur”backend

Medvedyev: “Ukraynada NATO sülhməramlılarına qətiyyən icazə yoxdur”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bəyan edib ki, Moskva Ukrayna ərazisində NATO ölkələrindən sülhməramlıların yerləşdirilməsi ideyasını tamamilə rədd edir.

KONKRET.az xəbər verir ki, Medvedyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib: “Aydın şəkildə bildirilib: heç bir NATO sülhməramlısı olmayacaq. Rusiya bu cür ‘təhlükəsizlik zəmanətlərini’ qəbul etməyəcək”.

Xatırladaq ki, bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov da 2022-ci ilin “İstanbul formatına” qayıdılmasının mümkünlüyündən danışmışdı. Həmin modelə görə, Ukraynanın təhlükəsizliyinə zəmanət verən tərəflər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa olmalı idi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*