Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxmasının səbəbini açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, report-un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Nazirlikdən M.Vəliyevanın 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
***
11:02
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
KONKRET.az report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.
Məhəbbət Vəliyeva işlədiyi bütün yerlərdə rüşvətxor kimi ad qazanmışdı. Onun tələb etdiyi məbləği vermiyənləri təhsil sistemindən (hədə-qorxu gəlməklə) çıxmağa məcbur edirdi. BŞTİ də işlədiyi müddətdə işdən çıxarılan (öz ərizələri ilə) kifayət qədər təhsil işçisi, məktəb direktorları bunu təsdiq edir. Məhəbbət Vəliyevanın pula olan “məhəbbəti” təhsildən üstün olub.