Məhkəmə baş redaktorla bağlı QƏRAR VERDİbackend

Məhkəmə baş redaktorla bağlı QƏRAR VERDİ

“Gündəlik Bakı” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsaəsn Habil Vəliyev 8 il azadlıqdan məhrum edilib.

Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*