Rusiyada azərbaycanlı bloqer Hüseyn Həsənovun qiyabi həbsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib. Moskva Şəhər Məhkəməsi ilkin instansiyanın qərarını qüvvədə saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Həsənov 170 milyon rubl (təxminən 3,6 milyon manat) vergi ödəməməkdə və cinayət yolu ilə əldə olunmuş vəsaitin leqallaşdırılmasında ittiham olunur. Onun reklam gəlirlərini qohumlarının hesabına köçürdüyü, daha sonra həmin pulların nağdlaşdırılaraq ona verildiyi bildirilir.
Bloqer beynəlxalq axtarışa verilib.