backend

Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə etdi

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin əmlakları müsadirə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə hökm Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Məhkəmə Bakı şəhərində yerləşən iki mənzili və avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.

Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.

Qeyd edək ki, məhkəmənin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*